Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkərli kəndində keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi.

02 iyul 2024 | 08:23

Şəkərli kəndində keçirilən səyyar qəbulda

sakinlərin müraciətləri dinlənildi. 

Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Salyan rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması və yaşıllıqların salınması istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

 

Keçidlər