Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tağıyev Əli Rahil oğlunun şəhadət günü xatirəsi anıldı.

03 oktyabr 2022 | 17:31

Şəhid Tağıyev Əli Rahil oğlunun şəhadət günü xatirəsi anıldı.

 

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və  şəhidin ailə üzvləri məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər