Şəhid Qəhrəmanov Sadiq Sakit oğlunun 40 mərasimi keçirildi.
Şəhid Qəhrəmanov Sadiq Sakit oğlunun 40 mərasimi keçirildi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan Müddətdən artıq həqiqi hərbi qulluqçu Qəhrəmanov Sadiq Sakit oğlunun 40 mərasimi keçirildi. Mərasimdən öncə RİH-nin başçısı Sevindik Hərtəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını Şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğullarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik.