Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elmir Hüseynov Salyan rayonu Qaraçala qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

16 sentyabr 2022 | 09:13

Şəhid Elmir Hüseynov Salyan rayonu Qaraçala qəsəbə qəbiristanlığında

torpağa tapşırılıb.

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Hüseynov Elmir Abdul oğlu sentyabrın 15-də Qaraçala qəsəbə qəbiristanlığında torpağa tapşırıldı.

Şəhidin dəfn mərasimində, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər.

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.

Allah bütün şəhidlərə rəhmət eləsin!

 

Keçidlər