Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda tədbir keçirilmişdir.
“Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri”
mövzusunda tədbir keçirilmişdir.
Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə Salyan rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təskilatçılığı ilə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə, Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə komissiyanın uşaqlarla iş üzrə böyük məsləhətçi, məsləhətçi-psixoloqu Sevinc Səmədova, Komitənin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Zeynallı, şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin “Əməkdar müəllimi” Gülşən Piriyeva və məktəbin şagird, pedaqoji kollektivi iştirak etmişlər.
Tədbir Vətənimizin suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxışlarda humanist və tolerant gəncliyə sahib olmaq üçün təhsil və təlim-tərbiyənin önəminə toxunulub, uşaqların humanist, milli-mənəvi dəyərlər ruhunda tərbiyə almaları barəsində danışılıb. Tədbirdə, həmçinin dini fanatizm və radikalizmin humanizmə, milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər vurğulanmışdır. Eyni zamanda "Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” barədə fikirlər səsləndirilmişdir.
Tədbir diskussiya şəklində davam etdirilmiş və iştirakçıların sualları cavablandırılmışdır.