Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 1 saylı məktəb liseydə səyyar qəbul keçirildi.

31 yanvar 2023 | 15:34

Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov şəhər 1 saylı məktəb-liseydə vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul keçirdi. 

Qəbulda çıxış edən RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Salyanda aparılan abadlıq və quruculuq işləri haqqında sakinlərə məlumat verimiş, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. 

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər