Salyanda yeni idman zonası istifadəyə verilib.
Salyanda yeni idman zonası istifadəyə verilib.
Salyan şəhərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində yeni inşa olunmuş idman zonası istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar yaradılan şəraitlə yaxından tanış olublar. Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb, yeni park salınmışdır. Müasir standartlara cavab verən bu layihə rayonda idmanın kütləviliyinin artırılmasına, uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Məhəllə sakinləri və yerli idmançılar bölgələrdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla səmimi söhbət edib və birgə xatirə şəkli çəkdirilib.






