Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə konfrans keçirilmişdir.
Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü
münasibətilə konfrans keçirilmişdir.
20 noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilmişdir. Konfransda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, ziyalılar, partiya fəalları və gənclər iştirak etmişlər. Konfrans iştirakçıları öncə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən konfrasda Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunmuşdur. Konfransda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə siyasi həmkirləri təbrik etmiş, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışdır. Konfransda digər çıxış edənlər əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, Yeni Azərbaycan Partiyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs etmişlər. Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.