Salyanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib.
01 iyun 2024 | 10:16
Salyanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
təmizlik aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kür çayı sahilində təmizlik aksiyası keçirilib. Aksiyada toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə Tullantılar Poliqonuna təhvil verilib. Bu istiqamətdə tədbirlər Kür çayının sahilboyu yaşayış ərazilərində məskunlaşan əhali üçün mütəmadi olaraq davam etdiriləcək.