Salyanda ümümtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.
Salyanda ümümtəhsil məktəblərində “Son zəng”
tədbirləri keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə keçirilən “Son zəng” tədbirdə iştirak etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan siyasətdən söz açmışdır. Daha sonra məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik emiş və onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar arzulamışlar. Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilmiş, ənənəvi “Son zəng” tədbirlərində şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır. Rayonun bütün məktəblərində “Son zəng” tədbirləri yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.