Salyanda Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar ehsan mərasimi təşkil olunub.
Salyanda Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar
ehsan mərasimi təşkil olunub.
12 dekabr 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə “Kür” şadlıq sarayında ehsan mərasimi təşkil olunub. Ehsan süfrəsinə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, dindarlar və ictimaiyyət nümayəndələri dəvət olunmuşlar. Açılan ehsan süfrəsində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub. Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb.