Salyanda şəhid Bağırov Ülvi Hənifə oğlunun il mərasimi keçirilib.
Salyanda şəhid Bağırov Ülvi Hənifə
oğlunun il mərasimi keçirilib.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlunun il mərasimi keçirilib. Mərasimdə RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını və həmin məzarlıqda uyuyan digər şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam edib. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Rüstəm Xəlilov Ülvi Bağırovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ülvi Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!