Salyanda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Salyanda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Heydər Əliyev adına Meydanda xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Novruz şənliyində çoxəsrlik maddi-mədəni irsimizi özündə əks etdirən eksponatlar, milli folklor nümunələri, qədim məişət əşyaları, kitab, rəsm və digər sərgilər nümayiş etdirilmişdir. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa etmişlər. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə, tədbirdə xoş ovqat yaradıblar. Ulu Dədə Qorqud qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Bayram tədbiri rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramları ilə davam etdirilmişdir.