Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda növbəti səyyar qəbul Babazanlı yaşayış massivində keçirildi.

25 avqust 2026 | 12:36

                                                            

Salyanda növbəti səyyar qəbul Babazanlı yaşayış

massivində keçirildi.

Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Salyan rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Babazanlı xeyir-şər evinin binasında əhali ilə səyyar qəbul keçirib. Qəbul zamanı rayon rəhbəri rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açmışlar. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Rüstəm Xəlilov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdən biridir və hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun, obyektiv və şəffaf şəkildə araşdırılır. Bildirilib ki, nəzarətə götürülmüş müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcəkdir.

Keçidlər