Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

02 aprel 2025 | 12:52

Salyanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində

ağacəkmə aksiyası keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Aşağı Noxudlu kəndi ərazisindən keçən 57-ci km-də yol kənarlarında ağacəkmə aksiyası keçirilib. Aksiya iştirakçıları tərəfindən əkilən ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb. Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.

 

Keçidlər