Salyanda Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım günü münasibətilə xatirəsi yad edilib.
Salyanda Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım günü
münasibətilə xatirəsi yad edilib.
Mərasim iştirakçıları Milli qəhrəman Nazim Babayevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Mərasimdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anası Laçın ananı evində ziyarət ediblər. Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarından söz açıb, şəhid anasının səhhəti və sosial qayğıları ilə maraqlanmışdır. Laçın ana övladı haqqında xatirələrini bölüşüb, hər zaman dövlət tərəfindən onlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin qeyri-qanuni silahlıları dövlət çevrilişinə cəhd edəndə Füzuli, Tərtər bölgələrində igidliklə döyüşən, düşmən qarşısında mətanətlə dayanan Nazim Babayev şəhidlik zirvəsinə yüksələrək ölməzlik qazanıb.