Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

19 noyabr 2026 | 08:18

Salyanda “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda

panel müzakirəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə RİH inzibati binasında “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sektorun rayon iqtisadiyyatında rolu, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinin əhəmiyyəti barədə danışıb. O, dövlət dəstəyi mexanizmləri ilə bağlı fermerlərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların bu imkanlar barədə məlumatlandırılması, eləcə də dövlət qurumları ilə istehsalçılar arasında birbaşa ünsiyyətin əhəmiyyəti haqqında danışıb. Paneldə Nazirliyin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin və “Unibank” ASC nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Dövlət Proqramının əsas hədəf və prioritetləri, Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta mexanizmləri, toxumçuluq fəaliyyəti, fermer və sahibkarlar üçün güzəştli kredit imkanları ətrafında fikir mübadiləsi aparılıb. Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər