Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

23 may 2024 | 08:51

Salyanda Ağsaqqallar Şurasının

 hesabat konfransı keçirilib.

 

Salyan rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, Şuranın şöbə müdiri Elşad Quliyev, Rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Konfransı RİH başçısı Sevindik Hətəmov açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rayon Ağsaqqallar Şurasının sədri Beydulla İmanovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, hesabat dövrü ərzində şura üzvləri aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər. Konfransın sonunda Məhəmməd Ağayev Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilmişdir.

 

Keçidlər