Salyanda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Salyanda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimov və dövlət ümumi təhsil müəssisələrində çalışan bir qrup pedaqoqlar Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzmüşlər. Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov əlamətdar gün münasibətilə müəllimləri təbrik etmiş, gələcək nəslin inkişafı yolunda göstərdikləri fədakar işlərində onlara uğurlar arzulamışdır. RİH başçısı Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə verilmiş yüksək qiymətdən, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açaraq bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti dövründə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar növbəti illərdə dövlətimizin daha yüksək nailiyyətlər əldə etməsinə və xalqımızın xoşbəxt, firavan gələcəyinin möhkəm təməl yaratmasına istiqamətlənib.