Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü dərin hüznlə qeyd olunub.

31 mart 2026 | 13:00

Salyanda 31 Mart  – Azərbaycanlıların Soyqırımı Günü

dərin hüznlə qeyd olunub.

Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ölkəmizin hər yerində olduğu kimi Salyan rayonunda da qeyd olunub. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-muhafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin və ictimaiyyətin nümayəndələri “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbristanlığındakı məzarlarını ziyarət edib, önlərinə gül-çiçək dəstələri düzüblər.  Xatırladaq ki, 1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları çırkin əməllərini Bakı ətrafı ərazilərdə də davam etdirmiş, dəniz yolu ilə Kür çayının mənsəbinə qədər gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində də  insan ağlına sığmayan soyqırım törətmişlər.

Keçidlər