Salyanda “26-fevral Xocalı Soyqırımı”nın 32-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirilmişdir.
26 fevral 2024 | 14:57
Salyanda “26-fevral Xocalı Soyqırımı”nın 32-ci ildönümünün qeyd edilməsi ilə
əlaqədar anım tədbiri keçirilmişdir.
Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.