Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.

22 noyabr 2026 | 10:41

Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı

günü qeyd olunub.

22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhərin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Azərbaycan ədliyyə sisteminin formalaşdırılması və inkişafında müstəsna xidmətləri olan dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hüquq ictimaiyyəti üçün əlamətdar olan ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, haqqın və ədalətin keşiyində dayanaraq, qanunun aliliyinin təmin olunması işlərində Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə işçilərinə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

 

Keçidlər