Salyanda 20 oktyabr – Energetiklər Günü qeyd olunub.
Salyanda 20 oktyabr – Energetiklər Günü
qeyd olunub.
Peşə bayramı günü münasibətilə İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Elektrik Şəbəkəsinin rəhbərliyi və kollektivi Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonumuzun ictimaiyyəti adından ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan energetikləri peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli, məsuliyyətli və işıqlı fəaliyyətilərində onlara uğurlar arzulayıb.






