Salyanda “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib
Salyanda “2 Fevral - Azərbaycan Gəncləri Günü”
münasibətilə tədbir keçirilib
Salyan Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə “2 Fevral - Azərbaycan Gəncləri Günü” mövzusunda videoçarx nümayiş etdirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulamış, əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmış, Azərbaycan gəncliyinin Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirmişdir. Tədbirdə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Davud Bayramovun həyat yoldaşı Ceyhunə Bayramova, Bakı Dövlət Universitetinin tələbələri Ləman Sadıqova və Jalə Elyasova, Vətən Müharibəsi iştirakçısı Sahib Əmirxanov və başqaları çıxış etmişlər. Tədbirdə çıxış edən gənclər Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulamış, onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmiş, YAP sıralarına qəbul olnmuş gənclərə biletlərin təqdim olunmuşdur.