Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.

17 iyun 2022 | 14:25

Salyanda “17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

 

Keçidlər