Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir.

14 iyun 2022 | 18:11

Salyanda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə
tədbir keçirilmişdir.

“15 iyun–Milli Qurtuluş günü” münasibətilə İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra Salyan rayon İcra Hakimiyyətində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə bağlı hazırlanmış videoçarx nümayiş olunmuşdur.     

Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Qeyd etmişdir ki, Möhtərəm Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Rayon rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını vurğulamışdır.

Daha sonra “15 iyun–Milli Qurtuluş günü”nə həsr edilmiş tədbirdə çıxış edənlər Vətənin dar günündə ictimaiyyətin, ziyalıların xahişi ilə Bakıya gələn ulu öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən danışılmış, onun hakimiyyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyət daşıdığını vurğulamışlar. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir. Diqqətə çatdırmışlar ki, Azərbaycan Respublikası ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

 

Keçidlər