Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhər 2 saylı tam orta məktəbində “Zəfər Günü” ilə bağlı tədbir keçirilib.

04 noyabr 2022 | 08:20
 Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbində “Zəfər Günü” ilə bağlı tədbir keçirilib.
 
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Milli Qəhrəman Nazim Babayevin anası Laçın Babayeva, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, YAP rayon təşkilatlarının sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları və təhsil işçiləri iştirak etmişlər. Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən, RİH başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb, Qarabağın baş tacı olan Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Milli Qəhrəman Nazim Babayevin anası Laçın Babayeva və Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxışlarında Vətən müharibəsində qazandığımız şanlı Qələbənin təcəssümü olan Zəfər Gününün ikinci ildönümünü iftixar hissi ilə qeyd etdiyimizi xüsusi vuğulayıblar. Milli Məclisin deputatı Jalə Əhmədova Zəfərin qazanılmasında vətənpərvər ruhda böyüyən gənclərin böyük rolunu xüsusi qeyd edib, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. Bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində təşkil edilən bu cür tədbirlər çox böyük önəm daşıyır.
Tədbir musiqili-bədii proqramla davam edib.
Keçidlər