Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH-nin başçısı Sevindik Hətəmov Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan Taleh Camalzadəni evində ziyarət edib.

06 iyul 2023 | 10:12

Salyan RİH-nin başçısı Sevindik Hətəmov Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan

Taleh Camalzadəni evində ziyarət edib.

RİH başçısı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qazimizi evində ziyarət edərək səhhəti və qayğıları ilə maraqlanmışdır. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Taleh kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.

Keçidlər