Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH-də vətəndaşların növbəti qəbulu keçirilib.

19 aprel 2023 | 15:23

Salyan Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

Möhtərəm Prezident cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Salyan  Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti dəfə rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini yerində dinləyib. Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər. Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən RİH başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

 

Keçidlər