Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH-də keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.

21 noyabr 2024 | 12:42

Salyan RİH-də keçirilən qəbulda vətəndaşların

 müraciətləri dinlənilib.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Salyan rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. 21 noyabr tarixində keçirilən növbəti vətəndaş qəbulunda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, RİH başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib. Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, RİH səlahiyyətləri daxilində olan məsələlərin həlli nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Keçidlər