Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbullar davam edir.

06 iyun 2023 | 09:02

Salyan RİH başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi

səyyar qəbullar davam edir.

İyun ayının 6-da Xələc kəndinin sakinləri ilə növbəti səyyar qəbul keçirilib. Qəbulda çıxış edən RİH başçısı Sevindik Hətəmov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

 

Keçidlər