Salyan RİH başçısı Sevindik Hətəmov Yeni Uluxanlı kənd sakinləri ilə səyyar qəbul keçirib.
Salyan RİH başçısı Sevindik Hətəmov Yeni Uluxanlı kənd
sakinləri ilə səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov keçirilən səyyar qəbulda ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Rayon İcra başçısı qəbulda növbə ilə söz alan vətəndaşlar fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.