Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH başçısı Sevindik Hətəmov İnteqrasiya təlimli internat tipli gimnaziyada sakinlərlə səyyar qəbul keçirdi.

25 avqust 2023 | 12:23

Salyan RİH başçısı Sevindik Hətəmov İnteqrasiya təlimli internat tipli gimnaziyada

sakinlərlə səyyar qəbul keçirdi.

Avqust ayının 25-də İnteqrasiya  təlimli internat tipli gimnaziyada sakinlərlə səyyar qəbul keçirilib. Qəbulda çıxış edən RİH başçısı Sevindik Hətəmov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

Keçidlər