Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH başçısı Sevindik Hətəmov 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə şəhər əhalisi ilə görüş keçirmişdir.

24 iyun 2024 | 14:30

Salyan RİH başçısı Sevindik Hətəmov 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə

şəhər əhalisi ilə görüş keçirmişdir.

Salyan RİH başçısı Sevindik Hətəmov Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin iyun ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, iyunun 24-də 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə növbəti səyyar qəbul keçirdi.  

RİH başçısı keçirilən səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır.

Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

 

Keçidlər