Salyan RİH başçısı sakinləri qəbul edib.
07 iyun 2023 | 14:31
Salyan Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Salyan rayonunda sakinlər üçün növbəti qəbul keçirilib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yerli sakinləri qurumun inzibati binasında qəbul edib. Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən RİH başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.