Salyan RİH başçısı Rüstəm Xəlilov Xələc kənd sakinləri ilə səyyar qəbul keçirib.
Salyan RİH başçısı Rüstəm Xəlilov Xələc kənd sakinləri ilə
səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirmişdir. Qəbul zamanı RİH başçısı əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılmışdır. RİH başçısı bildirmişdir ki, keçirilən səyyar qəbullar vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənməklə onların həllini sürətləndirmək məqsədi daşıyır. Qəbul zamanı Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.