Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlərə başlanılmışdır.

28 iyul 2023 | 09:32

Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir. Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yüksək sürətlə aparılan avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olmuşdur. Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Keçidlər