Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun ictimaiyyəti 15 İyun - Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib.

12 iyun 2026 | 12:52

Salyan rayonunun ictimaiyyəti 15 İyun - Milli Qurtuluş Gününü

böyük təntənə ilə qeyd edib.

“15 iyun–Milli Qurtuluş günü” münasibəti ilə Salyan Rayon icra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. YAP rayon təşkilatında davam edən rəsmi yığıncağda çıxış edən Salyan Rayon icra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, 15 iyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı Milli Qurtuluşunun növbəti ildönümünü qeyd edir. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, ölkə başçımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan son illərdə böyük sosial-iqtisadi nailiyyətlər əldə edib, beynəlxalq nüfuzunu daha da gücləndirib və tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycanın bugünkü siyasi, iqtisadi uğurları, hərbi qüdrəti, dünyada böyük nüfuz qazanaraq mühüm qlobal problemlərin həllində qətiyyətli söz sahibinə çevrilməsi, məhz Milli Qurtuluşun bəhrələridir. Qalib xalq olaraq bundan sonra bu yolda atdığımız hər bir addım müstəqilliyimizi daha da gücləndirəcək.

Tədbirdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon prokuroru Rəşad Mansurov, rayon polis şöbəsinin rəisi Nəzər Əsgərov və digər çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir.

Keçidlər