Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futzal idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir.

08 may 2024 | 18:00

Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə futzal idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir.

Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir. Tədbirdə öncə Azərbaycan Respubikasının dövlət himni səsləndirililib və Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra yarışda finala vəsiqə qazanmış Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin komandaları görüşmüş, Dövlət Yanğından Mühafizə Hissəsinin komandası 2-0 hesabı ilə qələbə qazanmışdır. Qaliblərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kubok və medallar təqdim edilmişdir.

 

Keçidlər