Salyan rayonunda Tarixi Zəfərimizin beşinci ildönümü ilə əlaqədar “Zəfərdən zəfərə” adlı rəsmi yığıncaq keçirildi.
Salyan rayonunda Tarixi Zəfərimizin beşinci ildönümü ilə əlaqədar
“Zəfərdən zəfərə” adlı rəsmi yığıncaq keçirildi.
Tədbir iştirakçıları öncə gənc idmançların və məktəblilərin hərbi formada nümunəvi çıxışlarına, "Zəfərdən-zəfərə” adlı sərgiyə baxış keçiriblər. Şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin akt zalında davam edən tədbirdə, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca tədbirin mövzusuna dair videoçarx nümayiş etdirilib. Tədbirdə Salyan rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun müdiri Razıgül Dadaşova, “N” sayli hərbi hissənin zabiti, kapitan Seymur İsmayılzadə, şəhid anaları Arzu Quliyeva və Xoşgül Axundova və digər çıxış edənlər Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əldə olunmasında Azərbaycan Ordusunun rəşadətindən, şəhidlərimizin qəhrəmanlığından və bu Qələbənin xalqımız üçün əhəmiyyətindən danışıblar. Tədbir rayonun ümumtəhsil məktəb şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.






