Salyan rayonunda Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı qeyd olunub.
Salyan rayonunda Dövlət Təhlükəsizlik Xidməti işçilərinin
peşə bayramı qeyd olunub.
Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ili tamam olur. Xüsusi xidmət orqanının əməkdaşları xidmətin yaranmasının 107-ci ilini şərəflə və qürurla qeyd edir. Tarix boyu müxtəlif mərhələlərdən keçən Azərbaycanın milli təhlükəsizlik orqanları bu gün də dövlətçiliyin keşiyində dayanaraq ölkənin sabitliyi və təhlükəsizliyi naminə fəaliyyətini uğurla davam etdirir. Ötən əsrin 40-50-ci illərində həmin orqanlarda fəaliyyətə başlayan Ulu Öndər Heydər Əliyev özü kimi vətənpərvər insanlarla birlikdə bu qurumu tədricən cəmiyyətin təhlükəsizliyini təmin edən bir struktura çevirməyi bacardı. Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-cı ildönümü ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Salyan rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Rüstəm Xəlilov xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan Azərbaycanın təhlükəsizlik orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, həmçinin torpaqlarımızın azad edilməsi uğrunda Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış 44 günlük Vətən Müharibəsində də qələbənin əldə olunması üçün təhlükəsizlik xidmətinin qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirməsini qeyd edib. Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan təhlükəsizlik orqanlarımızın əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!






