Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib.

15 fevral 2024 | 16:58

Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib.

Salyan şəhər mərkəzi meydanda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə, İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilmişdir. Festivalda Salyan RİH başçısı Sevindik Hətəmov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Salyan, Saatlı, Sabirabad, Hacıqabul, Neftçala, Bilsəuvar və Cəlilabad rayonlarından olan fermerlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkənin bütün regionlarında olduğu kimi Salyan rayonunda da kənd təsərrüfatının inkişafına mühüm diqqət yetirildiyi və bu tipli tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən Aqrar Biznes Festivallarının əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsi olduğunu bildirib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi tərəfindən “Yazlıq aratın üstünlükləri və əhəmiyyəti”, Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi tərəfindən “Payızlıq taxıllara qulluq işlərinin aparılması və alaq otlarına qarşı mübarizə”, Aqrar Sığorta Fondu tərəfindən “Kənd təsərrüfatı bitkilərinin sığortalanması” mövzularında fermerlərə təlimlər keçirilib.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən fermerlərə göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib. Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənib. Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilib.

Festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb.

 

Keçidlər