Salyan rayonunda “Anım günü” ərəfəsində RİH başçısı tərəfindən şəhid ailələrini ziyarət davam etdirilir.
Salyan rayonunda “Anım günü” ərəfəsində RİH başçısı tərəfindən şəhid ailələrini
ziyarət davam etdirilir.
Salyan rayonunda şəhid ailələrini ziyarət edib onların qayğı və problemlərinin aradan qaldırılmasına dəstək olmaq ənənə halını alıb. 24.09.2024-cü il tarixində Salyan RİH-nin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri növbəti bir qrup şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar. Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Ziyarət zamanı şəhidlərimizin keçdikləri şücaətli döyüş yollarından, xatirələrindən söhbət açıldı. Onların döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olundu.
Qeyd edək ki, “Anım günü” ərəfəsində RİH başçısı tərəfindən şəhidlərin ailələrini ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.