Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “Anım günü” ərəfəsində RİH başçısı tərəfindən şəhid ailələrini ziyarət bugün də davam etdirilir.

26 sentyabr 2024 | 11:31

Salyan rayonunda “Anım günü” ərəfəsində RİH başçısı tərəfindən şəhid ailələrini

ziyarət bugün də davam etdirilir.

 

Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Salyan rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

25.09.2024-cü il tarixində Salyan RİH-nin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri növbəti bir qrup şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşmüşlər. Rayon rəhbəri şəhid ailələrinin sosial qayğıları ilə maraqlanmış, müraciət və təkliflərini dinləmişdir.

Ziyarət zamanı 44 günlük haqq savaşımızda qazanılan tarixi qələbədən, qəhrəman Vətən şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Məhz aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunduğu qeyd edilmişdir.

Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər