Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

10 iyun 2026 | 14:00

Salyan rayonunda Ağsaqqallar Şurasının

hesabat konfransı keçirilib.

Konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov,  Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, şura üzvləri, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yığıncaq iştirakçıları öncə Salyan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək qonaqları və yığıncaq iştirakçılarını salamlayıb, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan, müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz fəaliyyətini yüksək dəyərləndirərək, ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. Rayon əhalisinin hər zaman dövlətçiliyin keşiyində durduqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildirib. RİH başçısı ağsaqqalların daim ictimai-siyasi proseslərdə, eləcə də rayonun sosial-mədəni həyatında yaxından iştirak etdiklərini bir daha qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayevin hesabat məruzəsi ilə çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd edib və şuranın illik hesabatını təqdim edib. Konfransda təşkilatı məsələyə baxılıb. Ağayev Məhəmməd Rəfi oğlu yenidən Rayon Ağsaqqallar Şurasının sədri və Şuranın İdarə Heyətinin 11 nəfərdən ibarət üzvü səsvermə yolu ilə seçilib.

 

 

Keçidlər