Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 5 oktyabr–Beynəlxalq müəllimlər günü qeyd edildi.

05 oktyabr 2023 | 11:37

Salyan rayonunda 5 oktyabr–Beynəlxalq müəllimlər günü qeyd edildi.

Salyan şəhər 2 saylı tam orta məktəbdə qeyd olunan Beynəlxalq müəllimlər günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.  Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə müəllimləri təbrik etmiş, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulamış və Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan danışmışdır. Tədbirdə çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətindən, bu sahədə əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisin’ “Fəxri fərmanları” təqdim edildi.

Keçidlər