Salyan rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.
05 mart 2025 | 11:39
Salyan rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü
qeyd edilib.
Tədbirdə çıxış edənlər idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıblar. Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunublar. Tədbirin sonunda yeniyetmə və gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub.