Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 27 sentyabr- Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilmişdir.

27 sentyabr 2024 | 13:00

Vətən müharibəsində böyük fəxarət və şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın anım gününü

sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik.

Salyan rayonunda 27 sentyabr- Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilmişdir.  Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər.

Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını, Milli Qəhrəman Nazim Babayevin büstünü ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirələrini ehtiramla yad etmişlər. 

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü”nün Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir. Çıxış zamanı RİH başçısı şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.

Sonra mərasim iştirakçıları Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin adını daşıdığı Salyan Peşə iseyinin qarşısındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar. Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

Keçidlər