Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda "14 iyul 1969- cu il: Tərəqqi yolunun başlanğıcı" adlı dəyirmi masa keçirilib.

14 iyul 2025 | 17:24

Salyan rayonunda "14 iyul 1969- cu il: Tərəqqi yolunun başlanğıcı"

adlı dəyirmi masa keçirilib.

Salyan rayon Heydər Əliyev Mərkəzinində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümü ilə əlaqədar "14 iyul 1969- cu il: Tərəqqi yolunun başlanğıcı" adlı dəyirmi masa keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub. Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından, fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət etməsindən, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən ibarət sərgiyə baxış keçirilib.

Keçidlər