Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları tam istifadəyə verilib.

15 oktyabr 2022 | 09:18
Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları
tam istifadəyə verilib.
 
Salyan Rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan 600-dək laborator müayinələr aparılır. Burada laborator yoxlamalar peşəkar həkim-laborantlar tərəfindən həyata keçirilir. Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyət göstərir. Bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. İşləniləcək analizlərin nəticələri istər ambulator pasiyentlərə, istərsə də stasionarda yataraq müalicə alan xəstələrə keyfiyyət standartlarına uyğun şəkildə verilir.
Avtomatlaşdırılmış sıstemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb. Kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Keçidlər